Xərçəng əleyhinə anticisimlərin təsir mexanizmi açıqlandı
Sağlamlıq
02.11.2025 22:10
Tiba Universitetinin alimləri müəyyən ediblər ki, xərçəng əleyhinə anticisimlərin effektivliyi onların orqanizmin immun hüceyrələrinə təsir gücündən asılıdır.
TodayPress TV xəbər verir ki, “International Journal of Pharmaceutics” jurnalında dərc olunan araşdırmaya görə, çox aktiv preparatlar bəzən "T-limfosit"ləri səhvən məhv edə bilər və bu da şişə qarşı müdafiəni zəiflədir.
Tədqiqat immun nəzarət nöqtələrinin inhibitorları adlanan dərmanlara həsr olunub. Bu preparatlar şiş hüceyrələrinin səthindəki "PD-L1" zülalını bloklayır və immun sisteminə xərçəng hüceyrələrini tanımaq imkanı yaradır. Lakin alimlər müəyyən ediblər ki, eyni hədəfə yönəlmiş müxtəlif anticisimlər fərqli nəticələr verir.
Əsas fərq “anticisimə bağlı hüceyrə sitotoksikliyi” (ADCC) adlı təsirdədir: bu mexanizm çox güclü olduqda, anticisimlər yalnız şişi deyil, "PD-L1" daşıyan sağlam "T-limfosit"ləri də məhv edir. Siçanlar üzərində aparılan təcrübələrdə zəif "ADCC" aktivliyinə malik "MIH6" anticisimi şişin böyüməsini 90%-dən çox azaldıb, lakin güclü "ADCC" aktivliyi olan "10F.9G2" anticisimi demək olar ki, nəticə verməyib.
Qiymət Mahir
tag: Xərçəng ,Tədqiqat ,ADCC,Tiba ,Todaypress.tv,
