Uşaqlar oyun otaqlarında xəstəliyə yoluxa bilərlər
Sağlamlıq
04.11.2025 19:30
Mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqların oyun otaqları infeksiya yayılması üçün ən riskli məkanlardan biridir.
TodayPress TV xəbər verir ki, səbəb kimi bu yerlərdə uşaqların çoxluğu, sıx təmasda olmaları və gigiyena qaydalarına tam əməl edilməməsi göstərilir.
Həkimlərin sözlərinə görə, oyun otaqları xüsusilə hava-damcı və təmas yolu ilə yayılan xəstəliklər üçün əlverişli şərait yaradır. Uşaqların eyni oyuncaqlara toxunması, yaxın məsafədə oynamaq və ya bir-biri ilə təmasda olması virusların asanlıqla yayılmasına səbəb olur.
Belə məkanlarda uşaqlar arasında ən çox respirator infeksiyalar, qrip, suçiçəyi, qızılca və rotavirus kimi xəstəliklərə yoluxma halları müşahidə edilir. Valideynlər uşaqların oyun otaqlarına getdikdən sonra gigiyenaya xüsusi diqqət yetirməli, əllərini tez-tez yuduzdurmalı və xəstəlik əlamətləri olduqda uşağı ictimai yerlərdən uzaq tutmalıdırlar.
Türkan İsgəndərli
tag: Uşaq,Oyun,İnfeksiya,Gigiyena,Todaypress.tv,
