Ürək və damar xəstəlikləri riskini artıran qidalar hansılardır?

Sağlamlıq

31.01.2026 19:15

Mütəxəssislər ürək və damar xəstəliklərinin qarşısının alınmasında sağlam həyat tərzi və balanslı qidalanmanın əsas rol oynadığını bildirirlər.

TodayPress TV xəbər verir ki, pəhrizdə emal olunan ət və hazır qidaların miqdarının minimuma endirilməsi tövsiyə olunur.

Çünki bu məhsullarda dad gücləndiricilər, stabilizatorlar və konservantlar yüksək konsentrasiyada olur və onların müntəzəm istehlakı sağlamlığa mənfi təsir göstərə bilər.

Həmçinin "fast food", popkorn, marqarin və sənaye istehsalı qənnadı məmulatlarında olan trans yağlar ürək və damarlar üçün təhlükəli hesab edilir. Trans yağlar orqanizm tərəfindən demək olar ki, emal olunmur, qan dövranında uzun müddət qalır və “pis” xolesterolu artıraraq aterosklerozun inkişafını sürətləndirir.

Doymuş yağların da (məsələn, tam yağlı süd məhsulları, donuz əti, palma və kokos yağı) mülayim şəkildə istehlak olunması tövsiyə edilir. Pəhrizdə duz və şəkərin miqdarına da diqqət yetirmək vacibdir. Yalnız mülayim istifadəsi nisbətən təhlükəsiz hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ürək,Damar,Qida,Yağ,Todaypress.tv,