Soyuq havada sağlam dərinin sirri
Sağlamlıq
09.02.2026 18:45
Sərt soyuq və qapalı məkanda daha çox vaxt keçirmək dərinin sağlamlığına mənfi təsir göstərir.
Todaypress TV "Haber.Türk"ə istinadən xəbər verir ki, bunu dermatologiya üzrə dosent Dr. Elif Cömert Özer bildirib.
"Qış soyuğunun dərinizin qurutmasına icazə verməyin. Qapalı məkanda uzun müddət qalmaq və qızdırıcılardan çox istifadə etmək dərini həssaslaşdırır, qoruyucu baryeri zəiflədir və qıcıqlanmaya səbəb olur",- Cömert deyib.
1. Dəriyə qulluq qaydalarını dəyişdirin
Dr. Özer vurğulayıb ki, qışda dərinin nəm itirməsi və qurumasının qarşısını almaq üçün daha intensiv nəmləndirici və qidalandırıcı məhsullar istifadə edilməlidir. "Dəri tipinizə uyğun düzgün məhsullarla bu problemlərin qarşısını almaq mümkündür," – deyə o əlavə edib.
2. Köpüklənməyən təmizləyicilərə üstünlük verin
Sabun əsaslı və köpüklü təmizləyicilər dərinin nəmini itirə və qoruyucu baryerini poza bilər. Dr. Özer tövsiyə edir ki, sabunsuz, köpüklənməyən təmizləyicilərdən istifadə edilsin və nəm itkisini önləmək üçün qışda daha intensiv, qidalandırıcı nəmləndiricilər tətbiq olunsun.
3. Günəşdən qorunmağı unutmayın
Dr. Özer deyir ki, insanlar qışda günəşdən qoruyucu krem istifadəsinin lazım olmadığını düşünə bilərlər, amma xüsusən Türkiyədə UB indeksi 3 və ya daha yüksək ola bilər. Buna görə də SPF 30 və ya daha yüksək krem qışda da gündəlik istifadə olunmalıdır.
4. Əllərə xüsusi qayğı göstərin
Əllər bədənin ən çox quruyan nahiyələrindən biridir. Sabun və su əlləri qurudur. Dr. Özer tövsiyə edir ki, sabunsuz və nəmləndirici məhsullardan istifadə edilsin və hər yumaqdan sonra əllər mütləq nəmləndirilsin.
5. Əlavə dəri baxımı məsləhətləri
Dəriyə əlavə qulluq üçün nəmləndirici maskalar gecə yatmazdan əvvəl istifadə oluna bilər. Retinoid tərkibli məhsullar dərinin yenilənməsinə kömək edir, amma günəşə qarşı həssaslıq yaratdığı üçün diqqətlə tətbiq olunmalıdır.
Dr. Özer yekun olaraq deyib: "Dəri baxımı hər mövsümdə davam etməlidir. Qış aylarında düzgün məhsullar və qaydalarla dərinizin nəm və sağlamlığını qorumaq mümkündür."
Jalə Rövşən
tag: Dəri,Dəriyə qulluq ,Dermatoloq , Elif Cömert Özer ,Todaypress.tv,
