Sosial media uşaqların diqqətini zəiflədir!

Sosial media uşaqların diqqətini zəiflədir!
08.12.2025 19:45 Sağlamlıq

Alimlər uşaqlarda diqqətin azalmasının əsas səbəblərindən birinin sosial media olduğunu açıqlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə  tədqiqat "Pediatrics Open Science" jurnalında dərc edilib.

Araşdırmaya 9–14 yaş arası 8000-dən çox uşaq cəlb olunub. Nəticələrə görə, sosial mediada daha çox vaxt keçirən uşaqlarda diqqətsizlik əlamətləri tədricən artır. Video oyunlar və televizora baxmaqla isə diqqət azalması arasında əlaqə aşkar edilməyib.

Alimlər bildiriblər ki, sosial mediada davamlı bildirişlər və mesajlar diqqətin dağılmasına səbəb olur. Bununla belə, tədqiqatçılar hər bir uşağın mütləq problem yaşayacağını da istisna etmirlər.

Mütəxəssislər valideynləri övladlarının sosial media istifadəsinə daha diqqətlə yanaşmağa çağırıblar.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər