Siqareti tərgitmək ağrı həssaslığını artırır
Sağlamlıq
09.12.2025 19:45
Alimlər siqareti tərgitməyin ilk aylarda ağrıya qarşı həssaslığı artırdığını müəyyən ediblər.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu haqda tədqiqat nəticələri "J Neurosci" jurnalında dərc olunub.
Araşdırmada siqareti yeni tərgitmiş 30 nəfər və siqaret çəkməyən 30 könüllü iştirak edib. Məlum olub ki, nikotindən imtina edən şəxslərdə ağrının işlənməsi ilə bağlı beyin bölgələrinin fəaliyyəti dəyişir və bu da ağrıya həssaslığın artmasına səbəb olur.
Alimlər bildiriblər ki, bu təsir müvəqqətidir və adətən üç ay ərzində tədricən azalır. Siqareti yeni buraxanların əməliyyatdan sonra daha güclü ağrıkəsicilərə ehtiyac duya biləcəyi də qeyd olunub.
Mütəxəssislər ağrı həssaslığını azaltmaq üçün nikotin əvəzedici terapiyanın mümkün tətbiqini araşdırırlar.
Jalə Rövşən
tag: Siqaret,Sağlamlıq ,Ağrı,Araşdırma ,Todaypress.tv,
