Şəkərli içkilər Alzheimer xəstəliyi riskini ikiqat artırır
Sağlamlıq
22.01.2026 18:20
Tərkibində əlavə şəkər olan içkilərin müntəzəm qəbulu Alzheimer xəstəliyi riskini yüksəldə bilər.
TodayPress TV xəbər verir ki, araşdırmalara görə, şirin qazlı və digər şəkərli içkiləri tez-tez qəbul edən insanlarda xəstəliyin inkişaf ehtimalı nadir hallarda və ya ümumiyyətlə istifadə etməyənlərlə müqayisədə təxminən iki dəfə yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, yüksək şəkərli qidalar maddələr mübadiləsini poza və xroniki iltihabı gücləndirir. Bu proseslər neyrodegenerativ xəstəliklərin riskini artırır, neyronların fəaliyyətini zəiflədir və beynin yaşlanmasını sürətləndirir.
Eyni zamanda xatırladılır ki, Alzheimer xəstəliyi yalnız bir məhsulla bağlı deyil. Genetik faktorlar, həyat tərzi, qidalanma və ümumi sağlamlıq vəziyyəti də xəstəliyin yaranmasına təsir göstərir. Şəkərli içkilərdən uzaq durmaq və suya üstünlük vermək beyin sağlamlığı üçün faydalıdır.
Türkan İsgəndərli
tag: Alzheimer,İçki,Şəkər,Beyin,Todaypress.tv,
