Bir çox insan səhərlər iştahsızlıq hissi yaşayır və bunun əsas səbəblərindən biri xroniki stress və bədənin sirkadian ritmlərinin pozulmasıdır.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu həkim Anna Menshchikova bildirib.
Onun sözlərinə görə, qeyri-müntəzəm qrafik və yuxu çatışmazlığı aclıq və toxluq hissini tənzimləyən hormonları poza bilər, buna görə də bədən səhər aclıq siqnalları göndərmir.
Həkim əlavə edir ki, xroniki stress, səhər təlaşları və narahatlıq simpatik sinir sistemini aktivləşdirir və həzm proseslərini yavaşladır, beləliklə bədən "döyüşə hazır rejimə" keçir. Bundan başqa, gec və ağır şam yeməkləri də səhər iştahını azalda bilər.
Səhər yeməyini davamlı olaraq buraxmaq isə öd daşına, ürək yanmasına, aclıq ağrılarına, şişkinliyə və günün sonrakı hissələrində həddindən artıq yemək riskinə səbəb ola bilər.
Həkim səhər iştahını bərpa etmək üçün axşam yeməyini yüngül etməyi, yatmazdan 3-4 saat əvvəl yemək, kiçik qəlyanaltı ilə başlamağı və sakit bir yemək ritualı yaratmağı tövsiyə edir. O vurğulayır ki, tələsmədən və cihazlardan istifadə etmədən 10-15 dəqiqə ayırmaq iştahın açılmasına kömək edir və stress altında yemək onun faydalarını azaldır.
Jalə Rövşən
