Robotik cərrahiyyə hansı xəstələrə olmaz?
"Qarın boşluğunda çoxsaylı əməliyyatlar keçirmiş və ya onkoloji proses qarın boşluğuna yayılmış xəstələrdə robotik cərrahiyyə mümkün olmaya bilər".
TodayPress TV xəbər verir ki, bu barədə Yeni Klinikanın direktor müavini Eldar Əhmədov danışıb.
Onun sözlərinə görə, buna baxmayaraq, Azərbaycanda da bu texnologiyanın tətbiqi artıq bu ildən etibarən genişlənəcək.
"Ümumiyyətlə isə xüsusi xəstəliklər və ya ağırlaşmalar olmadıqda robotik əməliyyatlar geniş tətbiq oluna bilər".
Direktor müavini bildirib ki, robotik cərrahiyyə pasiyent üçün daha təhlükəsiz, həkim üçün isə daha rahat əməliyyat şəraiti yaradır və Azərbaycan səhiyyəsinin inkişafına ciddi töhfə verəcək.
Türkan İsgəndərli