Ramazan ayında gündə neçə litr maye qəbul etməliyik?
Sağlamlıq
27.02.2026 18:45
Ramazan ayında susuzlaşmanın və qanın qatılaşmasının qarşısını almaq üçün gündə ən azı 1,5–2 litr maye qəbul etmək tövsiyyə edilir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu dietoloq Natalya Denisova bildirib.
Mütəxəssis bildirib ki, oruc tutan şəxslər üçün əsas məsələlərdən biri kifayət qədər maye qəbulunun təmin edilməsidir.
N. Denisovanın sözlərinə görə, “Susuzlaşma və qanın qatılaşmasının qarşısını almaq üçün gün ərzində ən azı 1,5–2 litr maye qəbul etmək vacibdir”.
O qeyd edib ki, bu xüsusilə yaşlı insanlar və qan laxtalanmasına meylli olan şəxslər üçün əhəmiyyətlidir. Maye günün qaranlıq saatlarında — iftar və sahur arasında — kiçik porsiyalarla, bir neçə dəfə qəbul edilməlidir.
Diyetoloqun sözlərinə görə, ən uyğun maye mənbələri otaq temperaturunda içməli su, süfrə mineral suyu, şəkərsiz bitki çayları, kompotlar və şəkəri az və ya ümumiyyətlə əlavə olunmayan meyvə içkiləridir. Şəkərli qazlı içkilərdən, tünd çay və qəhvədən, yüksək kofein tərkibli içkilərdən, eləcə də spirtli içkilərdən çəkinmək tövsiyə olunur. Çünki bu cür içkilər orqanizmdə maye itkisini artırır və susuzluq hissini gücləndirir.
Jalə Rövşən
tag: Ramazan ,Susuzlaşman,Maye ,Su ,Todaypress.tv,
