Qulağın düzgün təmizlənməməsi eşitmə itkisinə səbəb ola bilər

Sağlamlıq

28.11.2025 19:45

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qulaq gigiyenasına düzgün riayət olunmaması müvəqqəti və ya hətta daimi eşitmə itkisinə gətirib çıxara bilər.

TodayPress TV xəbər verir ki, qulaq təmizliyi ilə bağlı ən çox edilən səhvlərdən biri pamuk çubuqlarından istifadədir.

Həkimlərin fikrincə, bu çubuqlar qulaq çirkini tam təmizləmir, əksinə onu dərinliyə itələyərək eşitmə kanalına zərər vurur və ciddi fəsadlar yarada bilər.

Bildirilir ki, yanlış təmizləmə prosesi daxili qulaqdakı tüklü hüceyrələrin zədələnməsinə səbəb olur. İlk mərhələdə qulaqlarda küy və səs-küy yaranır ki, bu da sağlam hissələrin həddindən artıq yüklənməsi ilə əlaqədardır. Uzun müddət davam edən bu proses nəticədə xroniki eşitmə itkisinə gətirib çıxara bilər.

Mütəxəssislər qulağı özbaşına təmizləmək əvəzinə ehtiyac yarandığı halda həkimə müraciət etməyi məsləhət görürlər.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Qulaq,Təmizlik,Kar,Çubuq,Todaypress.tv,