Qoz-fındıq ürək xəstəlikləri riskini azaldır
Sağlamlıq
02.11.2025 23:55
Müntəzəm olaraq qoz-fındıq yemək ürək-damar xəstəlikləri və vaxtından əvvəl ölüm riskini azaldır.
TodayPress TV xəbər verir ki, bu nəticəyə ABŞ-nin Loma Linda Universitetinin İctimai Səhiyyə Məktəbinin alimləri gəlib.
Araşdırmanın nəticələri “EatingWell” portalında dərc olunub.
“Adventist Health Study 2” layihəsi çərçivəsində aparılan tədqiqatda ABŞ və Kanadadan 80 mindən çox könüllü iştirak edib. Məlum olub ki, qoz-fındıq məhsullarını müntəzəm qəbul edən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski 14%, işemik ürək xəstəliyindən ölüm ehtimalı isə 19% azdır.
Alimlərin sözlərinə görə, ən faydalı növlər badam, keşyu və qozdur. Onların davamlı istifadəsi ürək-damar xəstəliklərindən ölüm riskini 17%, işemik xəstəlikdən isə 27% azaldır.
Qiymət Mahir
tag: Ürək,Qoz,Fındıq,Alim,Todaypress.tv,
        