Qəhvə həvəskarlarına diş sağlamlığı ilə bağlı XƏBƏRDARLIQ

Sağlamlıq

26.02.2026 19:15

Stomatoloqlar Julie Cho, Matthew Messina və Mark Wolf qəhvə istehlak edən şəxslərin diş problemləri ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Infobae" nəşrində  məqalə dərc olunub. 

Julie Cho bildirib ki, qəhvənin tərkibində diş minasını ləkələyən taninlər mövcuddur. Onun sözlərinə görə, bu təsir xüsusilə diş minası daha məsaməli olan insanlarda daha qabarıq şəkildə özünü göstərir.

Matthew Messina isə vurğulayıb ki, qəhvənin turşuluq səviyyəsi yüksəkdir və bu, diş minasının aşınmasına səbəb ola bilər. Nəticədə çürüklərin yaranma və diş həssaslığının artma riski yüksəlir. Bundan əlavə, o qeyd edib ki, qəhvə ağız quruluğuna səbəb ola bilər. Ağız suyu azaldıqda isə dişlərin səthində lövhə və bakteriyaların toplanması sürətlənir.

Mark Wolf əlavə edib ki, xüsusilə şəkər əlavə olunmuş qəhvə və digər içkilər daha təhlükəlidir. Çünki şəkər bakteriyaları qidalandırır və onlar da diş minasını zəiflədən turşular ifraz edirlər.

Jalə Rövşən 

TodayPress TV

tag: Stamotoloq ,Diş ,Qəhvə ,Xəbərdarlıq ,Todaypress.tv,