Qan xərçəngi riskini azaldan nadir genetik aşkarlandı
Sağlamlıq
09.01.2026 19:45
Vyana və Tartu universitetlərinin alimləri "rs17834140-T" adlı nadir genetik variantın qan kök hüceyrələrində təhlükəli mutasiyaların yayılmasını ləngitdiyini və qan xərçəngi riskini azaltdığını müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.
Qan xərçəngi, o cümlədən leykoz, sümük iliyi və qan hüceyrələrinin yaranmasına cavabdeh olan kök hüceyrələrdə DNT səhvləri nəticəsində inkişaf edir. Bu səhvlər hüceyrələrin nəzarətsiz çoxalmasına səbəb olur və zamanla şiş yaranma riskini artırır.
Alimlər 640 mindən çox insanın genomunu analiz edərək "17q22" xromosomunda yerləşən "rs17834140-T" variantını aşkar ediblər. Araşdırmalar göstərib ki, bu variant xərçəng hüceyrələrinin sürətli böyüməsinə kömək edən "MSI2" zülalının səviyyəsini azaldır və beləliklə hüceyrələrin bədxassəli hala keçmə ehtimalını aşağı salır.
Mütəxəssislərin hesablamalarına görə, bu genetik variantı daşıyan şəxslərdə bir neçə növ qan xərçənginə tutulma riski təxminən üçdə bir azalır. Alimlər bildirirlər ki, bu tam qorunma deyil, lakin əhəmiyyətli təbii müdafiə mexanizmidir.
Tədqiqatçılar gələcəkdə bu mexanizmi təqlid edən dərmanların hazırlanmasının leykemiyanın qarşısının alınmasında mühüm rol oynaya biləcəyini vurğulayırlar.
Türkan İsgəndərli
tag: Qan,Xərçəng,Risk,Genetik,Todaypress.tv,
