Qan və immunitetin cavanlaşmasının açarı tapıldı
Sağlamlıq
25.11.2025 19:45
IDIBELL tədqiqatçıları qocalma ilə mübarizə üçün yeni strategiya təklif ediblər.
TodayPress TV xəbər verir ki, onlar "RhoA" zülalını bloklayan "Rhosin" molekulundan istifadə edərək hematopoetik kök hüceyrələri “cavanlaşdırmağı” bacarıblar.
"RhoA" qocalmış sümük iliyi hüceyrələrində həddindən artıq aktiv olur və bu, nüvədə mexaniki stressi artıraraq immunitetin zəifləməsinə və qan yenilənməsinin pisləşməsinə səbəb olur.
Təcrübələr göstərib ki, "Rhosin" ilə müalicə edilən kök hüceyrələr yenidən daha aktiv şəkildə bölünür, sağlam immun hüceyrələri əmələ gətirir və transplantasiya zamanı daha yaxşı nəticələr göstərir. Maşın öyrənməsi ilə aparılan analizlər sübut edib ki, preparat xromatin quruluşunu bərpa edir və hüceyrənin qocalmasına təsir edən nüvə membranındakı zərərli gərginliyi azaldır.
Alimlər bildirirlər ki, ənənəvi qocalma əleyhinə üsullar qocalma prosesini yalnız ləngidir. Yeni yanaşma isə qocalmanın əsas səbəblərini birbaşa hədəfləyir. Klinik sınaqlarda nəticələr təsdiq olunarsa, bu metod gələcəkdə qanın farmakoloji yolla “cavanlaşdırılması” və yaşla bağlı xəstəliklərin qarşısının alınması üçün effektiv vasitəyə çevrilə bilər.
Türkan İsgəndərli
tag: Molekul,Hüceyrə,Rhosin,Hematopoetik,Todaypress.tv,
