Qan damarlarını qoruyan MÖCÜZƏVİ QİDA
Sağlamlıq
11.12.2025 19:45
Tehran Tibb Elmləri Universitetinin alimləri müəyyən ediblər ki, avokadonun gündəlik qəbulu “pis” xolesterin hesab olunan LDL səviyyəsini azalda bilər.
TodayPress TV xəbər verir ki, "Critical Reviews in Food Science and Nutrition" (CRFSN) jurnalında dərc olunan araşdırmaya görə, gündə 140–235 qram avokado yemək həm LDL xolesterolunu, həm də trigliseridləri əhəmiyyətli dərəcədə aşağı salır.
Alimlər əvvəlki tədqiqatları təhlil edərək müəyyən ediblər ki, avokadonun müntəzəm qəbulu ümumi xolesterini təxminən 7 mq/dL, LDL səviyyəsini isə 6 mq/dL-dən çox azaldır. Daha yüksək miqdarlarda və uzun müddət — 23 həftədən çox — istehlak edildikdə təsirin daha güclü olduğu qeyd olunur.
Tədqiqatçılar bildirirlər ki, avokado lipid göstəricilərini yaxşılaşdırmaq baxımından təsiri sübut olunmuş nadir təbii qidalardan biridir. Bununla belə, uzunmüddətli nəticələrin dəqiq təsdiqi üçün əlavə araşdırmalara ehtiyac var.
Jalə Rövşən
tag: Avakado ,Tehran Tibb Elmləri Universiteti,Xolesterin,Tədqiqat,
