Qadınlarda insult riski niyə daha yüksəkdir? — Alimlər səbəbləri açıqladı

Sağlamlıq

15.11.2025 19:15

Yeni araşdırmalar göstərir ki, qadınlarda insult riski kişilərə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir və bu fərqin yaranmasında həm biologiya, həm hormonlar, həm də sosial faktorlar rol oynayır.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ məlumatlarına görə, hər il kişilərdən təxminən 55 min daha çox qadın insult keçirir.

Mütəxəssislər bildirirlər ki, hamiləlik dövründə yaranan gestasion hipertoniya və preeklampsi kimi problemlər, menstruasiya və menopozla bağlı hormonal dəyişikliklər, eləcə də bəzi kontraseptivlərin tərkibində olan estrogen insult riskini artıran əsas amillərdəndir.

Eyni zamanda, hamiləlik və doğuşdan sonrakı dövrdə qadınlarda insult ehtimalı eyni yaş qrupundakı digər qadınlarla müqayisədə üç dəfə çoxdur. Menopozdan sonra estrogen səviyyəsinin azalması damarların elastikliyini zəiflədir və beyni qidalandıran damarları daha həssas edir.

Həkimlər bildirirlər ki, qadınlarda insult əlamətləri çox zaman atipik olur — baş ağrısı, ürəkbulanma, yorğunluq və çaşqınlıq kimi simptomlar səbəbindən diaqnoz gecikə bilər. Bu isə müalicənin effektivliyinə mənfi təsir edir.

Mütəxəssislər vəziyyətin yaxşılaşdırılması üçün qadınlara xas risk faktorlarını nəzərə alan profilaktik proqramların hazırlanmasının vacibliyini vurğulayırlar.

Jalə Rövşən 

TodayPress TV 

tag: İnsult ,Qadın,Kişi,Risk ,Todaypress.tv,