Noxud suyunu atmayın: Yumurtanı əvəz edə bilər

Sağlamlıq

03.12.2025 19:15

Noxud bişirərkən yaranan və adətən atılan su əslində çox faydalıdır.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, “Aquafaba” adlanan bu maye paxlalıların isladılması və ya bişirilməsi zamanı əldə olunur və xüsusilə veganlar tərəfindən yumurta əvəzedicisi kimi istifadə edilir.

Məlumata görə, Aquafaba tərkibindəki yüksək nişasta səbəbindən qalınlaşdırıcı və bağlayıcı xüsusiyyətə malikdir. Ona görə də tort, şirniyyat və mayonez kimi reseptlərdə yumurta yerinə rahatlıqla istifadə oluna bilər. Yalnız noxud suyu mikserlə çalınaraq yumurta ağı kimi köpüklü bir forma alır və müxtəlif xəmirlər üçün uyğun olur.

Qeyd olunub ki, bu maye həm yumurta allergiyası olanlar, həm də heyvani məhsullardan uzaq duranlar üçün ideal bitki əsaslı alternativ hesab olunur.

Jalə Rövşən

TodayPress TV

tag: Aquafaba,Noxud ,Yumurta,Veqan ,Todaypress.tv,