Növbəli iş qaraciyər yağlanması riskini artırır

Sağlamlıq

29.12.2025 19:00

Çinli alimlərin apardığı araşdırmaya görə, uzunmüddətli növbəli iş qaraciyərin yağlanması (steatoz) riskini əhəmiyyətli dərəcədə artıra bilər.

TodayPress TV xəbər verir ki, tədqiqat 9 mindən çox insanın məlumatlarının təhlili əsasında aparılıb.

Araşdırma göstərib ki, altı ildən çox növbəli işləyən insanlarda yağlı qaraciyər xəstəliyinə tutulma riski növbəli işləməyənlərlə müqayisədə təxminən 1,5 dəfə yüksəkdir. Risk xüsusilə növbəli işin ilk üç ilindən sonra sürətlə artmağa başlayır.

Alimlər həmçinin müəyyən ediblər ki, iş qrafikinin növü də mühüm rol oynayır. İki, üç və ya dörd növbəli iş rejimində çalışanlarda standart gündüz işi ilə müqayisədə yağlı qaraciyər riski ən azı 20 faiz daha yüksək olub. Ən böyük risk mürəkkəb növbə qrafiklərində müşahidə edilib.

Əlavə təhlillər göstərib ki, bu riskin təxminən yarısı bədən çəkisinin artması ilə bağlıdır. Yəni növbəli iş zamanı çəki artımı qaraciyər problemlərinin yaranmasında əsas amillərdən biri hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Alim,Qaraciyər,İş,Qrafik,Todaypress.tv,