"MIND" pəhrizi beynin qocalmasını yavaşlada bilər

Sağlamlıq

19.01.2026 02:49

Tədqiqatlar göstərir ki, "MIND" pəhrizi demensiya, insult və depressiya riskini azaldır, ultra emal olunmuş qidalar isə beyin sağlamlığına mənfi təsir göstərir.

TodayPress TV  "Gazeta.ru"ya istinadən xəbər verir ki, beynəlxalq tədqiqatlara görə,  MIND pəhrizi demensiya, insult, depressiya və narahatlıq risklərini azaldır.

Bu pəhriz Aralıq dənizi və DASH pəhrizlərinin elementlərini birləşdirir, lakin beyin üçün ən faydalı qidaları vurğulayır.

Böyük Britaniya Biobankında 170 min iştirakçının məlumatları təhlil olunub, 37–73 yaş arası sağlam insanlar on il izlənilib. Təhlil göstərib ki, MIND pəhrizinə ciddi riayət edənlərdə neyroprotektiv təsir daha yüksəkdir.

Məlumata görə, ultra emal olunmuş qidaların yüksək istehlakı isə demensiya, depressiya, narahatlıq pozğunluqları və Parkinson riskinin artması ilə əlaqələndirilib. Müstəqil tədqiqatlar ABŞ və Çində eyni nəticələri təsdiqləyib.

Qeyd edilib ki, pəhriz lipid metabolizmasını yaxşılaşdırır, xroniki iltihabı azaldır, bioloji qocalmanı yavaşladır və talamus da daxil olmaqla əsas beyin strukturlarının həcmini qorumağa kömək edir.

Jalə Rövşən 

TodayPress TV 

tag: Pəhriz ,Beyin ,MİND,Tədqiqat,Todaypress.tv,