Məşqlər görmə qabiliyyətini bərpa edə bilər?

Sağlamlıq

22.12.2025 06:38

Bir çox insan göz gimnastikasının görmə qabiliyyətini bərpa etdiyinə inanır. Lakin mütəxəssislər bildirirlər ki, bu, reallığa uyğun deyil.

TodayPress TV xəbər verir ki, miopiya (yaxıngörmə), hipermetropiya (uzaqgörmə) və astiqmatizm kimi problemlər gözün anatomik quruluşu ilə əlaqədardır.

Bu pozuntular göz almasının uzunluğunun dəyişməsi, buynuz qişanın və ya büllurun əyriliyi ilə bağlıdır. 

Bəzi hallarda göz məşqləri hətta təhlükəli ola bilər. Belə ki, insanlar onlara həddindən artıq ümid bəsləyərək həkimə müraciəti gecikdirə bilərlər ki, bu da vəziyyətin daha da pisləşməsinə səbəb ola bilər.

Qeyd edilir ki, göz gimnastikasının düzgün rolu müalicə deyil, profilaktika və görmə yorğunluğunun (astenopiya) azaldılmasıdır. Uzun müddət ekrana və ya kitaba baxdıqda göz əzələləri davamlı gərgin vəziyyətdə qalır. Bu isə gözlərdə quruluq, “qum” hissi, baş ağrısı və görmənin müvəqqəti bulanıqlığına gətirib çıxarır. Məşqlər qan dövranını yaxşılaşdıra, “quru göz” sindromunun qarşısını ala və akkomodasiya spazmını (yalançı miopiya) aradan qaldıra bilər.

Gözlər üçün ən effektiv istirahət uzağa baxmaqdır – məsələn, pəncərədən təbiət mənzərələrinə tamaşa etmək. Göz məşqləri isə yalnız əlavə vasitə kimi istifadə olunmalıdır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gimnastika,Göz,Görmə,Masaj,Todaypress.tv,