Kərə yağının saxta və ya həqiqi olduğunu necə bilək?
Sağlamlıq
24.01.2026 19:15
İsti su, kəsmə və ərimə sınaqları ilə ev şəraitində kərə yağının saxta, yoxsa həqiqi olduğunu qısa zamanda yoxlamaq mümkündür.
TodayPress TV xəbər verir ki, bu haqda məqalə "Haber Türk"də dərc olunub.
Məlumata görə, kərə yağı yüksək enerji dəyərinə malikdir və A, D, E, K vitaminlərinin mənimsənilməsində mühüm rol oynayır.
ÜST xüsusilə iki yaşdan kiçik uşaqlar üçün kərə yağı istehlakını tövsiyə edir. Lakin bazarda saxta məhsullar da var. Həqiqi kərə yağını ev şəraitində bu sadə üsullarla yoxlamaq olar.
İsti su sınağı
Bir stəkan isti suya az miqdarda kərə yağı atın. Yağ bütöv şəkildə əridirsə, həqiqidir. Parça-parça əridirsə, saxta ola bilər.
Kəsmə testi
Bıçaqla kəsərkən yağ xırda hissələrə ayrılırsa, bu, onun təbii olduğunu göstərir. Soyuducudan çıxardıqdan sonra çox sərt olur və çatlayırsa, saxta olma ehtimalı var.
Rəng testi
Kərə yağını tavada əridin. Əridilmiş yağ köpüklənməlidir. Əgər rəngdə qeyri-təbii tündlük varsa, tərkibində qida boyası ola bilər.
Ərimə sınağı
Yağı otaq temperaturunda saxlayın. Yavaş-yavaş yumşalırsa, bu, həqiqi kərə yağıdır. Əgər əridikcə su buraxırsa, saxta ola bilər.
Bu üsullar kərə yağının keyfiyyətini ilkin olaraq yoxlamağa kömək edir.
Jalə Rövşən
tag: Kərə yağı ,Saxta,Həqiqi,Üsul ,Todaypress.tv,
