Keçən ay 28 aptekdə yoxlama aparılıb

Keçən ay 28 aptekdə yoxlama aparılıb
11.12.2025 13:33 Sağlamlıq

Keçən ay 28 aptekdə yoxlama aparılıb.

Bu barədə TodayPress TV-yə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, yoxlamaların 24-ü Bakıda, digərləri isə ölkənin digər şəhər və rayonlarında olub.

Ümumilikdə 22 aptekdə planlı, 6-da isə plandankənar yoxlamalar aparılıb.

Monitorinq zamanı beş aptekdə çatışmazlıqlar aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə protokollar tərtib edilib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər