İnsultun ağırlığı günün saatından asılıdır

Sağlamlıq

22.01.2026 19:30

İşemik insultun ağırlığı onun günün hansı saatında baş verməsindən asılıdır: axşam və gecə saatlarında yaranan insult zamanı beyin zədələnməsi daha geniş və ağır olur.

TodayPress TV xəbər verir ki, bu nəticəyə alimlər immun sisteminin sutkalıq ritmlərinin insultun inkişafındakı rolunu araşdırarkən gəliblər.

Tədqiqatın nəticələri "Circulation Research" jurnalında dərc olunub.

Araşdırma zamanı müəyyən edilib ki, əsas rol anadangəlmə immunitetin ən çoxsaylı hüceyrələri olan neytrofillərin sutkalıq aktivliyinə məxsusdur. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, “qeyri-aktiv fazada” (insanlarda axşam və gecə saatlarına uyğun dövr) baş verən insult daha böyük zədələnmə ocaqları və daha ağır nevroloji pozuntularla müşayiət olunur.

Alimlərin sözlərinə görə, bu vaxt neytrofillər aqressiv, iltihab yaradan vəziyyətə keçir və NETs adlanan hüceyrədənkənar tələləri aktiv şəkildə formalaşdırır. DNT və zülallardan ibarət olan bu strukturlar mikrodamarları tıxaya bilər və nəticədə beyində zədələnməni daha da dərinləşdirir.

Qiymət Mahir

tag: İnsult,Siçan,DNT,NETs,Todaypress.tv,