İnfrastruktur və kadr çatışmazlığı aradan qalxır

Sağlamlıq

20.11.2025 13:25

"Yeni Klinikada bir sıra strateji tibbi xidmətlər yaradılıb və inkişaf etdirilib. Bunlara Yeni Yaşayış Mərkəzi, Ürək-Radioloji Mərkəz, İnvaziv Radiologiya Mərkəzi və Robotik Reabilitasiya şöbəsi də daxildir".

TodayPress TV xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışında deyib.

O bildirib ki, bu xidmətlər vahid strateji planın tərkib hissələridir və artıq böyük əksəriyyəti uğurla fəaliyyət göstərir. Yeni açılan mərkəzlər həm xəstələrin müalicə imkanlarını genişləndirir, həm də ölkədə tibbi xidmətin keyfiyyətini yüksəldir.

Xəstəxanada yaradılan bütün yeni mərkəzlər vahid strateji inkişaf proqramına əsaslanır:

"Azərbaycanda xüsusilə sümük iliyi transplantasiyası üzrə ehtiyac yüksək olsa da, infrastruktur və mütəxəssis çatışmazlığı illərdir bu sahənin genişlənməsinə mane olub. Yeni Klinikada açılan mərkəz isə həm infrastruktur, həm də kadr təminatı baxımından beynəlxalq standartlara cavab verir".

Direktor əlavə edib ki, transplantasiya sonrası ağırlaşmaların idarə olunması üçün geniş multidissiplinar komandaya ehtiyac var və Yeni Klinika artıq bu imkanları özündə birləşdirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: TƏBİB,Brifinq,Barat Yusubov,Açıqlama,Todaypress.tv,