İmişlidə heyvan satışı bazarı açıldı

Sağlamlıq

14.01.2026 12:16

İmişli rayonu Otuziki kəndi ərazisində yerləşən heyvan satışı bazarının fəaliyyətinə icazə verilib.

TodayPress TV xəbər verir ki, bazar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl bir neçə rayonun da heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

TodayPress TV

tag: AQTA,İmişli,Heyvan bazarı,Quraşdırılma,Todaypress.tv,

photo
photo
photo