İdmançılarda qəfil ölümün səbəbi açıqlandı

Sağlamlıq

25.11.2025 19:30

İdman zamanı baş verən qəfil ölümlər çox vaxt həddindən artıq məşqdən deyil, diaqnoz qoyulmamış ürək xəstəliklərindən qaynaqlanır.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, bunu Samsun Universiteti Təhsil və Araşdırma Xəstəxanasının kardiologiya mütəxəssisi Prof. Dr. Osman Can Yontar bildirib.

Onun sözlərinə görə, bədənində gizli problem olan şəxslər intensiv fiziki fəaliyyət zamanı risklə üzləşə bilər.

Prof. Dr. Yontar qeyd edib ki, “nəzarətsiz və çox ağır məşq bədəni yorur, lakin ölümcül halların əsas səbəbi çox vaxt əvvəldən bilinməyən ürək xəstəliklərinin tətikləndiyi vəziyyətlərdir”. O, müntəzəm məşqə başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçməyin vacibliyini vurğulayıb.

Mütəxəssis bildirib ki, sağlamlıq yoxlamaları laqeyd edildikdə, gizli ürək xəstəlikləri məşq zamanı kəskin şəkildə özünü göstərə və ciddi nəticələrə səbəb ola bilər. Buna görə də həm peşəkar idmançılara, həm də gündəlik məşq edən şəxslərə əvvəlcədən kardioloji müayinə tövsiyə olunur.

Prof. Yontara görə, təhlükəsiz idmanın ilk addımı ürəyin vəziyyətinin düzgün qiymətləndirilməsidir.

Jalə Rövşən

TodayPress TV


tag: İdmançı,Ölüm ,Qəfil, Ürək xəstəlikləri,Todaypress.tv,