Honkonq qripi yeni pandemiyaya səbəb ola bilər
Sağlamlıq
21.12.2025 14:42
Honkonq qripi yeni pandemiyanın başlanmasına səbəb ola biləcək viruslar sırasında qiymətləndirilir.
TodayPress TV xəbər verir ki, bunu TASS-a açıqlamasında tibb elmləri doktoru, infeksionist və virusoloq Yelena Malinnikova deyib.
Onun sözlərinə görə, artıq 50 ildən çoxdur insan populyasiyasında dövr edən A (H3N2) — Honkonq qripi, eləcə də növlərarası keçidi bacaracağı halda quş mənşəli A (H5N1) qripi pandemiya riski daşıyır və bu viruslar xüsusi nəzarətdə saxlanılır.
Mütəxəssis bildirib ki, bu cür məlumatlara panika ilə yanaşmaq olmaz, çünki hazırda həm antivirus preparatları, həm də vaksinlər mövcuddur. Onun sözlərinə görə, müasir vaksinlər hamilə qadınlara, azyaşlı uşaqlara və ağır xroniki xəstəlikləri olan şəxslərə də tətbiq oluna bilir.
Bundan əvvəl infeksionist Svetlana Vaxruşeva Honkonq qripinin daha ağır formalarının əsasən yaşlılarda, uşaqlarda, xroniki xəstəliyi və hamiləliyi olan şəxslərdə müşahidə edildiyini qeyd edib.
Qiymət Mahir
tag: Sağlamlıq,Tibb,Elm,Qrip,Todaypress.tv,
