Həkimdən ŞOK açıqlama! Qaynar çay ölümə səbəb ola bilər
Sağlamlıq
22.11.2025 15:00
Qaynar çay və ümumən çox isti içkilər qida borusunun yuxarı və orta hissəsində xərçəng riskini əhəmiyyətli dərəcədə artırır.
TodayPress TV xəbər verir ki, bunu Ulvira Qarayevanın "Kanal S" də yayımlanan "Həftənin qonağı" verilişində onkoloq Anar Məmmədov deyib.
Onun sözlərinə görə, qida borusu xərçənginin yaranmasında bir neçə əsas amil rol oynayır. Xəstəlik qida borusunun üç hissəsində inkişaf edə bilər: yuxarı (servikal zona), orta və aşağı hissə.
Yuxarı və orta hissədə yaranan şişlər daha çox qaynar çay və ümumən çox isti içkilərin qəbulu ilə əlaqələndirilir.
Bu zonalarda xərçəng riskini artıran digər amillər isə siqaret və alkoqoldur.
Aşağı üçdə bir hissədə yaranan xərçənglər isə əsasən reflüks xəstəliyi ilə bağlıdır. Reflüks zamanı mədə turşusu qida borusuna qalxır və uzunmüddətli qıcıqlanma xərçəng riskini artırır. Həkim bildirib ki, statistik olaraq, demək olar ki, hər iki insandan birində reflüks müşahidə edilir.
"Ümumilikdə, mən səbəblər arasında qaynar su və isti içkilərin xüsusi rol oynadığını həmişə vurğulamışam",- həkim deyib.
Jalə Rövşən
tag: Həkim,Qaynar su,Ölüm,Səbəb,Todaypress.tv,
