Həkim: "Dərmanları mətbəxdə saxlamaq təhlükəlidir"
Sağlamlıq
07.01.2026 19:45
Pirogov Universitetinin Rusiya Gerontoloji Elmi və Klinik Mərkəzinin direktoru Olqa Tkaçeva dərmanların düzgün saxlanılmamasının onların təsirini azalda və hətta zərərli hala gətirə biləcəyini bildirib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, həkimin sözlərinə görə, dərmanların mətbəxdə, vanna otağında və ya açıq yerlərdə saxlanılması düzgün deyil.
Yüksək temperatur, rütubət və buxar dərmanların tərkibini dəyişdirir və aktiv maddələri məhv edə bilər. Bu isə dərmanların yararsız olmasına səbəb olur.
Tkaçeva qeyd edib ki, müddəti bitmiş, eləcə də rəngi, qoxusu və ya konsistensiyası dəyişmiş dərmanlar mütləq atılmalıdır. O, xüsusilə yaşlı insanların dərman şkaflarını mütəmadi yoxlamasını tövsiyə edib.
Həkim, həmçinin dərmanların sərin, quru və birbaşa günəş işığından qorunan yerdə saxlanılmalı olduğunu bildirib. Dərmanların orijinal qablaşdırmada saxlanması, müxtəlif həblərin eyni qabda qarışdırılmaması və istifadə müddətinin mütəmadi yoxlanması da tövsiyə olunur.
Jalə Rövşən
tag: Dərman ,Həkim , Olqa Tkaçeva,Tədqiqat ,Todaypress.tv,
