Gündəlik nə qədər qəhvə içə bilərik?

Sağlamlıq

29.01.2026 19:45

İdeal gündəlik qəhvə dozasını hesablamaq üçün üsul təqdim edilib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Oregon Universitetinin kimya dosenti Kristofer Hendon məlumat verib.

Onun sözlərinə görə, qəhvənin gücü və tərkibindəki kofein konsentrasiyası içkinin növündən və isti su ilə təmas müddətindən asılıdır.

Hendon bildirib ki, espresso qısa təmas müddətinə görə filtr qəhvəsindən daha az kofein ehtiva edir – bir fincan espresso 40–80 milliqram, filtr qəhvəsi isə 150 milliqramadək kofein daşıya bilər. Həmçinin Arabica dənələri Robusta-dan daha az kofein ehtiva edir.

Alim tövsiyə edir ki, qəhvənin gündəlik dozası tərkibi və hazırlanma üsulu nəzərə alınaraq müəyyənləşdirilməlidir.

Jalə Rövşən 

TodayPress TV

tag: Qəhvə ,Kofein ,Həkim ,Espresso ,Todaypress.tv,