Gündəlik mayonez norması nə qədər olmalıdır?

Gündəlik mayonez norması nə qədər olmalıdır?
22.12.2025 19:30 Sağlamlıq

Sağlamlıq baxımından mayonezin gündəlik istehlakı bir xörək qaşığından artıq olmamalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq ediblər.

Bu, təxminən 20-30 qram təşkil edir və mayonezin hansı formada qəbul edilməsindən asılı deyil.

Mütəxəssislər qeyd ediblər ki, mayonez birmənalı şəkildə zərərli məhsul sayılmamalıdır, əsas risk onun həddindən artıq istifadəsi ilə bağlıdır. Mayonezin yüksək kalorili olması və tərkibində çoxlu yağ turşularının yer alması xolesterin səviyyəsinin artmasına səbəb ola bilər.

Bundan əlavə, məhsulun tərkibində natriumun çox olması arterial təzyiqin yüksəlməsi və ürək-damar xəstəlikləri riskini artırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər