Gecə eyni saatda yatmaq qan təzyiqini aşağı sala bilər
Sağlamlıq
19.11.2025 19:15
Oreqon Peşə Sağlamlığı İnstitutunun apardığı araşdırma göstərib ki, hər gecə eyni vaxtda yatmaq cəmi iki həftə ərzində qan təzyiqini aşağı sala bilər.
TodayPress TV xəbər verir ki, nəticələr "SLEEP Advances" jurnalında dərc olunub.
Təcrübədə hipertoniyadan əziyyət çəkən 11 orta yaşlı şəxs iştirak edib. İlk mərhələdə onların bir həftəlik yuxu rejimi izlənilib. Daha sonra iştirakçılardan müəyyən bir yatma vaxtı seçərək iki həftə ərzində buna ciddi şəkildə əməl etmələri xahiş olunub. Bu müddətdə gündüz yatmaq qadağan edilib.
Nəticədə yatma vaxtındakı dəyişkənlik orta hesabla 30 dəqiqədən 7 dəqiqəyə qədər azalıb. Bu sabitlik qan təzyiqinə müsbət təsir göstərib.
Tədqiqatçılar bildirirlər ki, əldə olunan təsir müntəzəm fiziki aktivlik və ya duzun azaldılması ilə müqayisə oluna bilər. Üstəlik, nəticə iştirakçıların hipertoniya dərmanı qəbul edib-etməməsindən asılı olmayıb.
Türkan İsgəndərli
tag: Təzyiq,Qan,Tədqiqat,Rejim,Todaypress.tv,
