Ən sağlam ət növü açıqlandı

Sağlamlıq

01.12.2025 07:34

Araşdırmalara görə, keçi əti "protein", "dəmir" və "B12" vitamini baxımından digər qırmızı ətləri üstələyir. Eyni zamanda ən aşağı yağ nisbətinə malik olduğu üçün ürək sağlamlığına daha uyğundur və aşağı kalorili olması çəki nəzarətində olanlar üçün üstünlük yaradır.

TodayPress TV xəbər verir ki, keçi əti lifli quruluşu səbəbindən digər ət növlərinə nisbətən daha rahat həzm olunur.

Elmi məlumatlara əsasən, keçi əti keyfiyyətli "protein", "dəmir", "sink", "B12" vitamini və selenyum mənbəyidir. Bundan başqa, bəzi allergiyalara səbəb olma ehtimalı digər ətlərə görə daha azdır. Dana və ya qoyun ətinə həssaslığı olan şəxslər keçi ətini daha rahat qəbul edə bilir.

Mütəxəssislər bildirirlər ki, keçi ətinin sağlam xüsusiyyətlərini qorumaq üçün onu aşağı temperaturda və uzun müddətdə bişirmək lazımdır. Çünki yağ nisbəti az olduğundan həddindən artıq bişdikdə sərtləşə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ət,Keçi,Protein,Dəmir,Todaypress.tv,