Emal olunmuş qidaların beyinə dəhşətli təsiri

Sağlamlıq

03.01.2026 19:15

Yuxu çatışmazlığı və şəkərlə zəngin emal olunmuş qidalar yaşlılıqda yaddaş və diqqəti zəiflədir.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Özgür Bilgin Topçuoğlu bildirib ki, yuxu çatışmazlığı və şəkərlə zəngin emal olunmuş qidalar beyin sağlamlığına ciddi zərər verir.

Topçuoğlu qeyd edib ki, kifayət qədər yuxu almamaq yaddaş, diqqət və öyrənmə qabiliyyətini zəiflədir, uzun müddətdə isə demensiya riskini artırır. Hipokampus, prefrontal korteks və amigdala bölgələrinə təsir edən yuxusuzluq yaddaşın formalaşmasını pozur, diqqət və fokuslanmanı azaldır, emosional reaksiyaları şişirdir.

Şəkərlə zəngin fast food və emal olunmuş qidalar beynin mükafatlandırma mexanizmini pozaraq asılılıq yaradır, dopamin reseptorlarının həssaslığını azaldır və motivasiyanı zəiflədir. Kifayət qədər su içmək isə beyin hüceyrələrinin sağlamlığı üçün vacibdir.

Beyin sağlamlığını qorumaq üçün Topçuoğlu hər gün 20 dəqiqə açıq havada gəzməyi, stressi azaltmağı, müntəzəm yuxu rejimi qurmağı, sosial təcriddən çəkinməyi və balanslı qidalanmanı tövsiyə edib.

TodayPress TV 

tag: Şəkər ,Emal,Qida,Beyin ,Sağlamlıq ,Todaypress.tv,