Duza ehtiyac sağlamlıq risklərinə işarədir

Sağlamlıq

17.11.2025 04:35

Duzlu qidalara davamlı istək bəzən sadəcə vərdişlə bağlı olsa da, sağlamlıq probleminə işarə edə bilər.

TodayPress TV xəbər verir ki, duz mərkəzi sinir sistemi üçün vacib olsa da, həddindən artıq istehlakı böyrək və öd daşı, metabolik pozğunluqlar və diabet riskini artırır.

Daimi duz istəyinin su-elektrolit balansının pozulması ilə əlaqəli ola biləcəyi vurğulanır. Turşu-qələvi balans qələvi tərəfə dəyişdikdə orqanizmin duza ehtiyacı artır. Bu istək həm endokrin xəstəliklərin, həm də qanda natrium çatışmazlığının əlaməti ola bilər. Natriumun azalması letarji, apatiya, yuxululuq və refleks zəifləməsi ilə özünü göstərə bilər.

Belə halların bir qismi irsi xarakter daşıyır və pH göstəricisinin normadan kənara çıxması ilə aşkar edilə bilər. Mütəxəssislər duz istəyinin uzunmüddətli və səbəbsiz olduğu hallarda endokrinoloq müayinəsini tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Duz,Xəstəlik,Qida,Problem,Todaypress.tv,