Dünyanın ən sağlam tərəvəzi
Sağlamlıq
05.12.2025 19:15
Dünyanın ən qidalı tərəvəzi müəyyən edilib. Vitamin və mineral baxımından ən zəngin məhsulun su tərəsi olduğu açıqlanıb.
TodayPress TV xəbər verir ki, Araşdırmada istifadə olunan “qidalanma sıxlığı” metoduna görə, su tərəsi 100 mümkün baldan tam 100 bal toplayaraq birinci yeri tutub. İspanaq, çuğundur yarpağı və kələm kimi tanınmış sağlam tərəvəzlər isə 80–90 bal aralığında qalıb.
Mütəxəssislərin sözlərinə görə, su tərəsi A, C, K və E vitaminləri, fol turşusu, kalsium, dəmir, maqnezium, kalium və liflə son dərəcə zəngindir.
Reytinqdə ilk sıralar belədir:
• Su tərəsi – 100 bal
• Kələm – 91.99
• Chard – 89.27
• Çuğundur yarpağı – 87.08
• İspanaq – 86.43
Meyvələr arasında isə ən yüksək göstərici qreypfruta məxsusdur – 10.47 bal.
Tədqiqatın müəllifi Di Noia bildirib ki, vitamin və mineral baxımından zəngin tərəvəzlərin istehlakı ürək-damar, neyrodegenerativ və bəzi xərçəng növlərinin riskini azalda bilər.
Mütəxəssislər hesab edir ki, bu cür reytinqlər istehlakçılara gündəlik rasionda daha sağlam seçimlər etməyə kömək edəcək.
Jalə Rövşən
tag: Su tərəsi,Sağlamlıq ,Tərəvəz ,Kələm,Todaypress.tv,
