Dünyada cəmi 50 nəfərdə olan “qızıl qan”
Sağlamlıq
14.11.2025 19:15
Dünyada son dərəcə nadir rast gəlinən Rh-null qan qrupu — tibbdə “qızıl qan” adlandırılan bu qan növü — hazırda cəmi 50 insanda mövcuddur.
Todaypress TV "Haber Global" a istinadən xəbər verir ki, bu qan qrupu bütün Rh antigenlərinin olmadığı yeganə qan növü hesab olunur və bu xüsusiyyəti onu həm son dərəcə nadir, həm də tibbi araşdırmalar üçün olduqca dəyərli edir.
Rh-null qanı olan şəxslər üçün ən böyük risk uyğun donor tapmağın son dərəcə çətin olmasıdır. Məhz buna görə bu qan daşıyıcılarına öz qanlarını uzunmüddətli istifadə üçün dondurmaq tövsiyə olunur.
Son illərdə alimlər laboratoriya şəraitində Rh-null tipli qan hüceyrələri yaratmaq istiqamətində əhəmiyyətli addımlar atıblar. İngiltərə, ABŞ, Kanada və İspaniyada aparılan araşdırmalarda gen redaktəsi texnologiyası vasitəsilə immun uyğunsuzluq yaradan antigenlər qandan çıxarılıb və universal uyğunluğa yaxınlaşan qan hüceyrələri əldə edilib.
Lakin ekspertlər bildirir ki, laboratoriyada istehsal olunan qan hələ kliniki istifadəyə tam hazır deyil. Kök hüceyrələrdən tam yetkin qırmızı qan hüceyrələrinin əldə olunması hələ də ən böyük çətinlik olaraq qalır.
Tədqiqatlar davam etdiyi təqdirdə gələcəkdə nadir qan qruplarına ehtiyacı olan xəstələrin həyatını xilas etmək mümkün ola bilər.
Jalə Rövşən
tag: "Qızıl qan",Rh-null,Tibb,Nadir ,Todaypress.tv,
