Diş çürüməsinin qarşısını alan yeni üsul
Sağlamlıq
05.01.2026 19:45
Minnesota Universitetinin alimləri ağız boşluğundakı bakteriyaların bir-biri ilə kimyəvi siqnallar vasitəsilə əlaqə saxladığını və bu əlaqəyə müdaxilə etməklə diş sağlamlığını yaxşılaşdırmağın mümkün olduğunu müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "NPJ Biofilms and Microbiomes" jurnalında dərc olunub.
Araşdırmaya görə, bakteriyalar “kvorum sensoru” adlanan mexanizm vasitəsilə siqnallar mübadiləsi aparır. Bu siqnallar hansı bakteriyaların çoxalacağını və diş lövhəsinin sağlam, yoxsa zərərli olacağını müəyyən edir.
Alimlər laboratoriya şəraitində diş lövhəsi modellərini araşdıraraq bəzi bakteriyaların istifadə etdiyi xüsusi siqnal molekullarını bloklayan fermentlər tapıblar. Bu fermentlər bakteriyaların “ünsiyyətini susduraraq” sağlam bakteriyaların artmasına, diş əti iltihabı və çürük yaradan mikrobların isə azalmasına səbəb olub.
Tədqiqatçılar bildirirlər ki, bu yanaşma gələcəkdə diş çürüməsi və diş əti xəstəliklərinin qarşısını almaq üçün yeni və daha təsirli üsulların hazırlanmasına yol aça bilər.
Türkan İsgəndərli
tag: Diş,Çürük,Mina,Ağız,Todaypress.tv,
