Dərmanı əzmək və kapsulu açmağın TƏHLÜKƏLƏRİ
Sağlamlıq
24.02.2026 19:45
Ekspertlər xəbərdarlıq edirlər ki, tabletləri əzmək və ya kapsulları qəbul etməzdən əvvəl açmaq dərmanın təsirini azalda, həddindən artıq dozaya səbəb ola və yan təsirlər riskini artırır.
TodayPress TV xəbər verir ki, bu, xüsusilə uzunmüddətli təsir göstərən dərmanlar və bağırsaqda eriyən örtüklü tabletlər üçün vacibdir.
Bağırsaqda əriyən örtük dərmanı mədə şirəsindən qoruyur və onun düzgün işləməsini təmin edir. Əgər tablet əzilərsə, dərman çox erkən təsir göstərməyə başlayaraq mədə ağrısı və digər mənfi reaksiyalara yol aça bilər. Uzunmüddətli dərmanlarda isə tablet əzildikdə bütün doza birdən buraxılır, bu da intoksikasiya və yan təsirlərin riskini artırır.
Əgər dərmanı udmaq çətindirsə, həkimlə məsləhətləşərək fərqli forma və ya doza seçmək tövsiyə olunur. Tabletləri bölmək və ya əzmək üçün isə mətbəx əşyaları deyil, xüsusi hazırlanmış cihazlardan istifadə etmək daha təhlükəsizdir.
Türkan İsgəndərli
tag: Dərman,Kapsul,Həkim,Doza,Todaypress.tv,
