Bel ağrılarının qarşısını necə almaq olar?
Sağlamlıq
06.12.2025 19:45
Bel ağrılarının qarşısını almağın əsas yolu düzgün həyat və iş vərdişləri formalaşdırmaqdan keçir. Mütəxəssislər bildirirlər ki, iş yerinin ergonomik qurulması, monitorun göz səviyyəsində yerləşməsi, kürəyin stulun arxalığı ilə tam dəstəklənməsi, ayaqların yerə düz basması və çiyin-dirsek bucağının rahat olması belə yükü azaldır.
TodayPress TV xəbər verir ki, uzun müddət hərəkətsiz qalmağın zərərli olduğu vurğulanır və buna görə də hər 30-40 dəqiqədən bir qısa fasilə vermək, yerimək və yüngül dartınma hərəkətləri etmək tövsiyə olunur.
Gündə bir neçə dəfə qısa məşqlər, həftədə bir neçə dəfə yoqa, Pilates və üzgüçülük kimi fəaliyyətlər bel sağlamlığı üçün faydalıdır.
Mütəxəssislər həmçinin bildirirlər ki, kifayət qədər yuxu, elektron cihazlardan fasilə, gecə işindən uzaq durmaq və stressi düzgün idarə etmək bel ağrılarının azalmasına kömək edir.
Aparılan müşahidələr göstərir ki, ümumi fəaliyyət və sosial ünsiyyət beyin sağlamlığını da dəstəkləyən amillərdəndir.
Türkan İsgəndərli
tag: Bel,Ağrı,Kompüter,Məşq,Todaypress.tv,
