Bayram günlərində təcili tibbi yardıma 27 mindən çox müraciət daxil olub
Sağlamlıq
05.01.2026 14:40
Bayram günlərində (dekabrın 31-dən yanvarın 5-dək) təcili tibbi yardım xidmətinə ümumilikdə, 27 min 779 çağırış daxil olub.
TƏBİB-dən TodayPress TV-nin soruğusuna cavab olaraq verilən məlumata görə, onlardan 14 min 449-u Bakı, 13 min 330-u isə bölgələr üzrə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.
Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 2025-ci il yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Türkan İsgəndərli
tag: TƏBİB,Tibb,Xidmət,Bayram,Todaypress.tv,
