Bağırsaq bakteriyaları müasir qidalara sürətlə uyğunlaşır

Bağırsaq bakteriyaları müasir qidalara sürətlə uyğunlaşır
21.12.2025 15:18 Sağlamlıq

İnsan bağırsaq bakteriyalarının ultraemal olunmuş qidaların geniş yayılması fonunda cəmi bir neçə onillik ərzində təkamül yolu ilə dəyişdiyi müəyyən edilib.

TodayPress TV xəbər verir ki, Kaliforniya Universitetinin Los-Anceles kampusundan olan alimlər sənayeləşmiş ölkələrin sakinlərində bəzi bakteriyalarda emal olunmuş məhsullarda istifadə edilən nişastaları, xüsusilə maltodekstrini həzm etməyə kömək edən genlərin sürətlə yayıldığını aşkarlayıblar.

Araşdırma “Nature” jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, bu dəyişikliklər genlərin bakteriyalar arasında üfüqi ötürülməsi hesabına baş verir və müasir qidalanma bağırsaq mikrobları üçün yeni təkamül istiqaməti yaradır.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər