Azərbaycanda tibb işçilərinin sayı azaldı

Azərbaycanda tibb işçilərinin sayı azaldı
25.12.2025 21:15 Sağlamlıq

Azərbaycanda hər 10 min nəfərə düşən tibb işçilərinin sayı 2010-2024-cü illər ərzində azalıb.

TodayPress TV xəbər verir ki, hər 10 min nəfərə düşən tibb işçilərinin sayı 2010-cu ildə 103.6 nəfərdən 2024-cü ildə 90.9 nəfərə qədər azalıb.

Həkimlərin sayı eyni dövrdə 36.8 nəfərdən 34.5 nəfərə, orta tibb işçilərinin sayı isə 66.8 nəfərdən 56.4 nəfərə düşüb.

Ümumilikdə tibb işçilərinin sayı 2010-cu ildə 93 170 nəfərdən 2024-cü ildə 92 896 nəfərə qədər azalsa da, həkimlərin sayı bu dövrdə artaraq 33 085 nəfərdən 35 233 nəfərə çatıb. Eyni zamanda, orta tibb işçilərinin sayı 2 422 nəfər azalaraq 57 663 nəfər təşkil edib.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər