Aspirinin hamiləlikdə faydaları aşkarlandı
Sağlamlıq
15.11.2025 20:00
Alimlər hamiləlik dövründə aşağı dozada aspirin qəbulunun faydalı ola biləcəyini müəyyən ediblər.
TodayPress TV "NBC News"a istinadən xəbər verir ki, bu dərman preeklampsiyanın – hamiləlik zamanı yaranan ciddi fəsadın – qarşısının alınmasında kömək edə bilər.
Bunun ardından Qərb ölkələrinin bir çox xəstəxanaları hamilə qadınlara kiçik dozalı aspirin istifadəsini tövsiyə etməyə başlayıb.
Hazırda ABŞ-da hamiləliklərin təxminən 4%-i preeklampsiya ilə əlaqələndirilir. Aspirin qəbulunun bu riski 15%, vaxtından əvvəl doğuş ehtimalını isə 20% azaltdığı bildirilir. Mütəxəssislər həmçinin dərmanın körpənin sağ qalma şansını artırdığını vurğulayırlar.
Əvvəllər aparılan araşdırmalar aspirinin diabet xəstələrində ürək-damar xəstəlikləri riskini də azaltdığını göstərmişdi. Aspirin qəbul etməyənlərlə müqayisədə bu qrupda infarkt, insult və ölüm hallarının daha az olduğu qeyd olunub.
Bununla yanaşı, daha əvvəlki bəzi məlumatlarda parasetamol, aspirin və amoksiklav kimi dərmanların qaraciyərə zərər verə biləcəyi də bildirilib.
Jalə Rövşən
tag: Hamiləlik,Aspirin ,Tövsiyyə,Araşdırma ,Todaypress.tv,
