Asma zamanı baş ağrısını azaltmağın yolları- Narkoloq açıqladı

Sağlamlıq

04.01.2026 19:00

Narkoloq asma zamanı baş ağrısını azaltmağın yollarını açıqlayıb.

TodayPress TV "Lenta.ru" ya istinadən xəbər verir ki, Psixiatr və asılılıq üzrə mütəxəssis Ruslan İsayev spirtli içkidən sonra yaranan baş ağrısının şiddətini azaltmaq üçün bir sıra tövsiyələr verib.

Onun sözlərinə görə, spirt qəbul etməzdən əvvəl mütləq yemək lazımdır. Yağlı və zülallı qidalar alkoqolun qana sorulmasını yavaşladır. Eyni zamanda su içmək və içkidən bir-iki saat əvvəl sorbent qəbul etmək faydalı ola bilər.

İsayev baş ağrısının azalması üçün müxtəlif spirtli içkiləri qarışdırmamağı, yalnız bir növ içki içməyi məsləhət görüb. O, şəkər və qatqı maddələri az olan içkilərə üstünlük verilməsini tövsiyə edib. Şirin kokteyllər, şampan və tünd rəngli spirtli içkilərin daha ağır asmaya səbəb ola biləcəyi bildirilib.

Həkim əlavə edib ki, spirt qəbulundan sonra mineral su içmək də vəziyyəti yüngülləşdirə bilər. Onun sözlərinə görə, asmanın qarşısını almağın ən təsirli yolu ölçünü bilməkdir, ən etibarlı yol isə spirtli içkilərdən imtina etməkdir.

Jalə Rövşən 

TodayPress TV

tag: Narkoloq ,Asma ,Baş ağrısı ,Psixiatr ,Todaypress.tv,