Antidepresanlar diş ağrısı riskini azalda bilər
Sağlamlıq
21.11.2025 19:30
Tədqiqatçılar tərəfindən aparılan araşdırma göstərir ki, antidepresan qəbul edən insanlarda periodontitin (diş ağrısı) ağır formalarının riski əhəmiyyətli dərəcədə azalır.
TodayPress TV xəbər verir ki, tədqiqat nəticələri "Journal of Periodontology" jurnalında dərc olunub.
Məlum olub ki, antidepresan istifadəçilərində III-IV mərhələli periodontit riski təxminən üçdə bir, xəstəliyin ən ağır forması isə təxminən 60 faiz azalıb. Bu nəticələr yaş, cins, siqaret və digər amillər nəzərə alınandan sonra da qorunub saxlanıb.
Əvvəlki araşdırmalar depressiya ilə diş əti xəstəliklərinin bir-birini gücləndirdiyini göstərmişdi. Yeni tədqiqat isə göstərir ki, depressiyanın farmakoloji müalicəsi periodontal toxumalara qoruyucu təsir göstərə bilər.
Alimlər qeyd edirlər ki, bu təsirin dəqiq mexanizmini anlamaq üçün əlavə tədqiqatlar tələb olunur; mümkün səbəblər arasında immun reaksiyaya təsir, iltihabın azalması və xəstələrin davranış dəyişiklikləri yer ala bilər.
Türkan İsgəndərli
tag: Diş,Antidepresan,Ağrı,Sağlamlıq,Todaypress.tv,
