KAIST Universiteti tədqiqatçıları qanaxmanı bir saniyədə dayandıran və toxumaları sürətlə bərpa edən AGCL sprey tozunu təqdim edib.
TodayPress TV "TRT Haber"ə istinadən xəbər verir ki,tədqiqatçılar qanaxmanı bir saniyədə dayandıran və döyüş və təcili yardım şəraitində həyatların xilas edilməsini asanlaşdıran yeni “AGCL tozu” hazırlayıblar.
Sprey tozu yaraya tətbiq olunduqda sürətlə güclü hidrogel baryeri əmələ gətirir və yaranı demək olar ki, dərhal bağlayır.
Ənənəvi yamaq tipli hemostatik məhsulların dərin və qeyri-müntəzəm yaraları müalicə etməkdə çətinlik yaratdığı nəzərə alınaraq, AGCL tozu toz şəklində hazırlanıb və müxtəlif forma və ölçüdəki yaralara tətbiq oluna bilir. Toz kalsiumla reaksiyaya girərək ultra sürətli gelləşir və qanaxmanı dərhal dayandırır.
Məlumatlara görə, AGCL tozu hüceyrə canlılığını qoruyur, antibakterial təsir göstərir və toxumaların sürətli bərpasına kömək edir. Otaq temperaturunda və yüksək rütubətdə iki il ərzində fəaliyyətini saxlayır.
Yeni sprey toz müdafiə sənayesindən mülki tibbdə təcili yardım sahələrinə qədər geniş tətbiq potensialına malikdir.
Jalə Rövşən
