"AFEN Plaza"da xəsarət alanlardan üçü evə buraxıldı

"AFEN Plaza"da xəsarət alanlardan üçü evə buraxıldı
03.12.2025 20:00 Sağlamlıq

Nərimanovda "AFEN Plaza"da baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu il noyabrın 11-də Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfərdən 3 nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

1 nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər