2026-cı ildə yeni qlobal pandemiya riski var

Sağlamlıq

16.01.2026 19:30

2026-cı ildə baş verə biləcəyi ehtimal olunan və şərti olaraq “X xəstəliyi” adlandırılan yeni qlobal pandemiya riski yüksək qiymətləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Star” xəbər portalı məlumat yayıb.

Nəşr yazır ki, hazırda aktiv şəkildə yayılan və gələcəkdə pandemiyaya səbəb ola biləcək dörd əsas virus mövcuddur. Potensial təhlükələr sırasına "Mpox" (meymun çiçəyi), "Rubella", "quş qripi" (H5N1) və "Oropouche" virusu daxildir.

Məlumata görə, "Mpox" virusu 2022-ci il epidemiyasından sonra dünya üzrə yayılmaqda və yeni variantlar yaratmaqda davam edir. "Rubella" isə "MMR" peyvəndinin əhatə dairəsinin azalması fonunda yenidən ortaya çıxa bilər. Bu vəziyyət artıq qızılca hallarının artmasına səbəb olub.

Xüsusilə təhlükəli hesab edilən "quş qripi" (H5N1) 2020-ci ildən bəri mutasiyaya uğrayaraq məməlilərə yoluxma qabiliyyəti qazanıb. Alimlər virusun insanlar arasında daha asan yayıla biləcəyindən narahatdırlar. "Oropouche" virusu isə həşəratlar vasitəsilə yayılır və Cənubi Amerikadan Avropaya doğru irəliləyir.

Mütəxəssislər əsas risk faktorları kimi peyvəndlənmənin azalmasını və virusların sürətlə mutasiya edərək yayılma qabiliyyətini göstərirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: X,Pandemiya,Mpox,Rubella,Todaypress.tv,